View Time : 77 | Date And Time: hour 1:26 7 fevral 2010 | News Code: 16083
Reklamler

 
Azərbaycan
Xəbərlər
Aran Agentliyi
Azərbaycanda uşaq bağçalarına 104022 uşaq gedir
Onların 21 mini Bakı şəhərində yaşayır

Hazırda Azərbaycanda uşaq bağçalarına gedən uşaqların sayı 104022 nəfərdir. Onların 33719 nəfəri Bakının uşaq bağçalarında təlim-tərbiyə alır. Verilən  məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Nazir deyib ki, ölkə üzrə 5 yaşlıların sayı 112 min nəfərdir. Onların 21 mini Bakı şəhərində yaşayır. Lakin nazirlik paytaxtdakı 5 yaşlıların yalnız 9416 nəfərini bağça ilə təmin edə bilir: “Əgər biz bağçalarda məskunlaşan məcburi köçkünləri köçürə bilsək, paytaxtdakı 5 yaşlıların hamısını bağça ilə təmin edə bilərik”.


 
 
Reklamler