İtaliyanın daxili işlər naziri, ifratçı dinsizlər tərəfindən hicaba qadağa qoyulması barədə çağırışlarını tənqid edərək, müsəlman qadınlarının geyim azadlığını əlindən alaraq, onların örpəklərinə qadağanın qoyulmasını qəbul edilməz olduğunu vurğulayıb.Faktxeber.com-un La Stampa qəzetinə istinadən verdiyi məlumata görə, İtaliya daxili işlər naziri Culiano Amato hicab məsələsinin Müqəddəs Məryəm Xanımın da qəbul etdiyi bir geyim olduğunu bildirərək deyib: “Bizim Peyğəmbərimiz Həzrət İsanın(ə) anası Müqəddəs Məryəm Xanım da hicabdan istifadə edib. Belə olan halda biz hicaba necə qadağa qoya bilərik." Amato şəxsən belə çağırışlara qarşı çıxacağını deyib.